Körpəyə Avromaydan adı verildi
Qeyd edək ki, Ukrayna paytaxtındakı aksiyalar hökumətin Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi imzalamaqdan imtina etməsi ilə əlaqədar keçirilir. Uşağa adı atası Yevgeni Tixun verib. O, hazırda mütəmadi olaraq etiraz aksiyalarında iştirak edir.
Ata deyib ki, Avromaydandakı aksiyalarda iştiraka görə heç kəsdən pul almır: "Əgər oğlum gələcəkdə adını dəyişmək istəsə, o bunu edə bilər. Qohumlar və dostlar məni dəstəkləyirlər".
Körpənin anası Mariya isə bildirib ki, ailəsi uşağa Avromaydan adını verməklə Ukrayna tarixinə öz töhfəsini verib.
Xatırladaq ki, buna bənzər hadisə 2011-ci ildə Misirdə baş vermişdi. Həmin vaxt misirli ailə yeni doğulan qız uşağının adını Feysbuk qoymuşdu. Buna səbəb isə "Facebook" şəbəkəsi vasitəsilə Hüsni Mübarək rejiminin əleyhdarlarının aksiya təşkil edə bilmələri göstərilirdi.
Teqlər: