Azərbaycanın dilçi aliminin kitabı ABŞ-da nəşr edildi

Azərbaycanın dilçi aliminin kitabı ABŞ-da nəşr edildi
  28 Dekabr 2013    Oxunub:1826
Bakı Dövlət Universitetinin ingilis dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Abbas Qurbanoğlunun (Abbas Abbasov) “İngiliscə-Azərbaycanca atalar sözləri” lüğət kitabı ABŞ -da “Trafford” nəşriyyatında yüksək poliqrafik göstəricilərlə nəşr olunub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, nəşriyyatdan alimin ünvanına göndərilən məktubda müəllif peşəkar lüğətçi, ingilis dilinin incəliklərini yaxşı bilən mütəxəssis kimi dəyərləndirilir, bundan sonra da əməkdaşlığı davam etdirmək istəyi ifadə olunur.

Respublikamızda ingilis dili üzrə tanınmış tədqiqatçılardan biri olan Əməkdar Müəllimin 30-dan çox dərslik, dərs vəsaiti, monoqrafiya, 10 müxtəlif səpkili ixtisas lüğətinin, 40-dan artıq elmi məqalənin müəllifidir.


Teqlər:





Xəbər lenti