Təhsil nazirindən dərsliklərin nəşri ilə bağlı əmr

Təhsil nazirindən dərsliklərin nəşri ilə bağlı əmr
  28 Dekabr 2013    Oxunub:1967
Təhsil naziri Mikayıl Cabbarov “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydalarının təsdiq edilməsi bаrədə” əmr imzalayıb.
AzVision.az-ın məlumatına görə, əmr dərslik, dərs vəsaiti və digər tədris vasitələrinə nəşr hüququnun verilməsi ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi, onların müasir standartlara, fənn kurikulumuna (fənn proqramına) uyğun hazırlanması və qeyd olunan prosesin səmərəli təşkil olunmasını təmin etmək məqsədlərinə xidmət edir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin edir. Bu baxımdan “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları” təhsil müəssisələri üçün dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərə nəşr hüququnun (qrif) verilməsi məsələlərinin müasir tələblərə uyğun tənzimlənməsinə imkan verəcək


Teqlər:





Xəbər lenti