AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün Bakının Sabunçu rayonunda vanna otağının qapısının təsadüfən kilidlənməsi nəticəsində 1926-cı il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Vanna otağına baxış keçirilərkən Samir Abdulla oğlu İbrahimov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.İbrahimovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.