Ərdoğan rekorda doğru

Ərdoğan rekorda doğru
  15 Mart 2013    Oxunub:1432
Bu gün baş nazir postunda 10-cu ilini tamamlayan Ərdoğan 5 gün sonra çox partiyalı sistemin fasiləsiz olaraq ən uzun müddət baş naziri kimi çalışan Adnan Menderesin rekordunu qıracaq.
5 gün sonra Ərdoğan Türkiyənin çox partiyalı dövrün fasiləsiz olaraq ən uzun müddət baş nazir postunda oturan siyasətçisi kimi tarixə düşəcək.

Qeyd edək ki, Ədalət və İnkişaf partiyası 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlsə də seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilib.

Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 2003-cü ilin martın 15-də 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri olub.

Qeyd edək ki, 27 may çevrilişindən sonra baş nazir kürsüsünü itirən Adnan Menderes 10 il 5 gün baş nazir olub.



Teqlər:  





Xəbər lenti