Niyə toxum torpaqda cücərir? – ELMİ CAVAB

Niyə toxum torpaqda cücərir? – ELMİ CAVAB
  06 Yanvar 2014    Oxunub:8311
Toxumların yuxu dövrünün ilk mərhələsi quruma ilə başlayır. Toxum, toxumalardan suyu itirərək yuxuya gedir. Canlı bitki toxumlarında 90-95% su olduğu halda, yuxu dövründə olan toxumların toxumalarında 5% və ya ən çox 15% qədər su olur.
Bu proses müəyyən sıralama ilə genetik nəzarət altında baş verir. Onun həyata keçməsində əsas amil abscisic acid adlandırılan hormondur. Bu hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir. Bu hormona görə toxumda olan funksiyalar zəifləyir. Yuxu dövründə olan toxumun hüceyrələrində tənəffüs xeyli zəifləyir, qidalanma və inkişaf da baş vermir. (Françoise Brenckmann, Grains de Vie, s. 68)

Onillərlə, hətta əsrlərlə yuxu dövründə qalan və sonra cücərən toxumlar var. Bu yuxu dövrü bitkilərin nəsillərini davam etdirmələri üçün olduqca vacibdir. Bitkilərin çətin şəraitlərdə həyatlarını davam etdirə bilmələri üçün belə bir mexanizmin varlığı zəruridir. (Advanced Plant Physiology, Malcolm B. Wilkins, s. 462)


Teqlər:





Xəbər lenti