Sarkozinin intiqamını arvadı aldı

Sarkozinin intiqamını arvadı aldı
  16 Mart 2013    Oxunub:1416
Fransua Olland ilə sələfi Sarkozini qarşı-qarşıya qoyan iddialara görə, eks birinci xanım yeni mahnısında prezidenti “pinqvin”ə bənzədib.
Fransada kifayət qədər populyar olan Karla Bruninin aprelin 1-də satışa çıxarılacaq yeni albomundakı “Pinqvin” mahnısını Ollanda həsr etməsi ilə bağlı xəbərlər Yelisey sarayını biri-birinə qatıb.

“Little French Songs” adlı albomunda yer alan mahnının “Hey, pinqvin! Əgər bir gün mənim yolumdan gəlsən, sənə əlimə öpməyi öyrədərəm, pinqvin” sözləri 2012-ci ilin martın 15-də Yelisey Sarayında ayrılan Sarkozi və Brunini maşına qədər müşayiət etməyən Ollanda ismarıc kimi qiymətləndirilib.

Mahnının “Nə çirkin, nə gözəl. Nə uzun, nə qısa. No soyuq, nə isti. Pinqvin nə hə, nə yox” sözlərini sübut kimi dəyərləndirən xəbər saytları Ollandın fransız siyasətindəki ləqəbinin “Nə hə, nə yox lideri” olduğunu xatırladıb.

Bruni isə açıqlama verməyə çəkinsə də iddiaları təkzib edib.



Teqlər:





Xəbər lenti