Erməni cinayətkarlar Moskvada həbs edildi
“ Təslim olmaq istəməyən ermənilər bir mənzilə sığınaraq fəal müqavimət göstərirdilər. Həmin mənzili mühasirəyə aldıq. Məcburən hücum edərək onları həbs etdik. Həmin mənzildən odlu silah,eləcə də bomba aşkar etdik. Hazırda onların digər havadarlarının axtarışları davam edir”-deyə Rusiyanın Daxili İşlər Nazirliyinin zabiti bildirilib.
Xatırladaq ki, fevralın 8-də Smolensk bulvarında yerləşən restoranların birində atışma olub. Qarşıdurmada 40 nəfər iştirak edib. Həbs edilənlər həmin atışmada iştirak edən ermənilərdir.
AzVision.az