İvanişvili Nobelə namizəd oldu
Onun məlumatına görə, Nobel Sülh Mükafatı Komitəsinə göndərilən məktubda 2003-cü ilin noyabrın 23-də baş verən “Qızıl gül” inqilabından sonra Gürcüstanda baş verənlər, torpaq itkisi, qaçqınlar barədə geniş məlumat verilib: “Məktubda eyni zamanda 3-3,5 milyon nəfər əhalisi olan ölkədə 42 min məhbusun olduğu, minlərlə insanın saxta ittihamlarla həbs olunduğu, narkotik və silah saxlamağa görə təqsirli bilinənlərin sayının yüzlərlə olması barədə məlumatlar var”.
Daha sonra isə indiki Gürcüstan hökuməti ilə bağlı müsbət məqamlar qeyd olunub, siyasi məhbusların azad edildiyi, xalqlar arası dostluq yaratdığı və s. səbəb gətirilərək, baş nazir İvanişvilinin Nobel Sülh Mükafatına layiq görülməsi təklif edilib.
Qeyd edək ki, Roman Fin bu yaxınlarda “Gürcüstan xilas olunub” adlı publisistik məqalələrdən ibarət kitab da yazıb.