Quranı yandıran günahını etiraf etdi - VİDEO
İyirmi üç yaşlı Aleksandr Sokolov deyib: "Mən elədiyimdən peşmanam. Mən pis insanlara qoşuldum. Müstəntiqin məni həbs etmək tələbi ilə razılaşıram. Qoy müstəntiqlər məsələni araşdırsınlar. Orada bir çox iştirakçı var idi. Mənu tutdular, qalanları indi də haradasa gəzirlər. İkisi şahid kimi keçir, baxmayaraq ki, məndən də fəal şəkildə həmin əməldə iştirak edirdilər.”
A.Sokolovun törətdiyi cinayət Rusiya CM-nin 213-cü maddəsinin 2-ci hissəsi ilə cəzalandırılır. “Bir qrup şəxsin törətdiyi xuliqanlıq” maddəsi ilə 7 ilə qədər müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. O, əvvəllər də məhkum edilib – oğurluq və qarətə görə o həbsxanalarda iki ildən çox vaxt keçirib.
Bu arada, cinayətin digər iştirakçıları da müəyyənləşdirilib.
Xatırladaq ki, yanvarın əvvəlində İnternetdə yayımlanmış videoyazıdan görünür ki, naməlum gənclər Quranı yandırır və təhqir edirlər, sonra isə metroya enərək zahirən qafqazlıya bənzəyən bir sərnişindən Allahdan üz döndərməsini tələb edirlər.
Səbinə