İran qatilləri axtarır

 İran qatilləri axtarır
  18 Mart 2013    Oxunub:1442
İran nüvə alimlərinin ölümündə 18 nəfəri günahlandırır
İran Prokurorluğu 18 nəfərin əleyhinə ittiham irəli sürüb. Həmin şəxslər İranın nüvə proqramının müxtəlif aspektləri üzrə çalışan alimlərin ölümündə günahlandırılır.

Rəsmi Tehran Birləşmiş Ştatlar, İsrail və Böyük Britaniyanı 5 nüvə texnikinin qətlini sifariş verməkdə ittiham edir. Qeyd edək ki, 2010-cu ildə İranda müxtəlif vaxtlarda və müxtəlif şəraitdə 5 nüvə alimi qətlə yetirilib. İran hökuməti baş verən hər hadisədən sonra ya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini, ya Mosadı, ya da ki, Mİ-6-nı günahlandırıb.

İslam respublikasının baş prokurorunun sözlərinə görə, sözügedən qətllərdə əli olan cinayətkarların məhkəməsi yaxın aylarda başlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti