Kofi Annan:“Çox şeytanların əlini sıxmışam”

Kofi Annan:“Çox şeytanların əlini sıxmışam”
  18 Mart 2013    Oxunub:1453
BMT-nin keçmiş baş katibi və Suriya Sülh elçisi Koffi Annan alman qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub.

Vəzifə borcu olaraq bir çox diktatorla əl sıxmağa məcbur olduğunu deyən Annan daha çox insan ölməsin deyə Səddam Hüseyn və Miloşeviç kimi şeytanlarla bir masada əyləşdiyini xatırladıb.

“Bu diktatorlar özlərini bizim kimi insan hesab edirlər. Miloşeviç dəfələrlə mənə “mən də sənin kimiyəm” demişdi. Nyu York görüşümüz zamanı mənə Manhettendəki barlarından danışır, heç nə olmamış kimi davranırdı. Bu da məni özümdən çıxarırdı ancaq təmkinli olmaq məcburiyyətində idim ”,-deyə eks baş katib bildirib.

Məşhur Hollivud ulduzu Morqan Frimanla oxşarlığından danışan Kofi Annan “Hətta bəzən məni Morqan zənn edib imza alanlar da olub. Bunu Frimana danışanda çox gülmüşdük” deyib.



Teqlər:  





Xəbər lenti