Hakimə eşşək deyən prezident üzr istədi - VİDEO

Hakimə eşşək deyən prezident üzr istədi - VİDEO
  19 Mart 2013    Oxunub:1443
Qroznının “Terek” komandası növbəti 5 oyunu boş tribunalar qarşısında keçirə bilər. Cəzaya səbəb səbəb hakimin təhqir edilməsidir.
İnsident Qroznının “Terek” və Kazanın “Rubin” komandaları arasında oyun zamanı baş verib.

Oyunun son dəqiqələrində baş hakim Mixail Vilkov “Terekin” kapitanı Rizvan Utsiyevı kobud oyuna görə meydançadan kənarlaşdırıb. Hakimin qərarına qarşı çıxan Çeçenistan prezidenti stadionda quraşdırılan mikrofona yaxınlaşaraq “Satqın hakim, eşşək” deyib.

“Terekin” fəxri prezidenti bu addımına görə azarkeşlər və futbol ictimaiyyətindən üzr istəyib.




Teqlər:  





Xəbər lenti