`Azəryolservis` qarlı havaya hazırdır

`Azəryolservis` qarlı havaya hazırdır
  30 Yanvar 2014    Oxunub:1257
"Azəryolservis" hava şəraiti pisləşəcəyi halda yollarda problemləri aradan qaldırmağa hazırdır.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin bütün istismar idarələri hava şəraitinin mümkün pisləşməsi ilə əlaqədar zəruri material və mexanizmlərlə təmin edilib. AzVision.az xəbər verir ki, bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Yollarda problemlərin aradan qaldırılması məqsədi ilə lazımi material ehtiyatı da hazırlanıb. ASC sərəncamında olan yollara nəzarəti həyata keçirir.

Qeyd edək ki, yanvar ayının 30-dan başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində gündən-günə kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir.

Məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.


Teqlər:





Xəbər lenti