FHN: Vətəndaş xilas edildi

FHN: Vətəndaş xilas edildi
  31 Yanvar 2014    Oxunub:2067
Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən AzVision.az-a bildiriblər ki, hadisə yerinə dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən həmin şəxsin mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermədiyi məlum olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıq vasitəsilə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuş və giriş qapısını açıblar.

Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yatmış vəziyyətdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.



Teqlər:





Xəbər lenti