Malları yanan sahibkarlara kömək ediləcək

Malları yanan sahibkarlara kömək ediləcək
  03 Fevral 2014    Oxunub:1421
Şəki bazarında baş verən yanğının səbəbləri araşdırılır.
Bu gün gecə saat 3:00 radələrində Şəki şəhər mərkəzi bazarının ərazisində yerləşən geyim malları yarmarkasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının söndürülməsi üçün dərhal hadisə yerinə cəlb olunub.

Görülən tədbirlər nəticəsində yanğın saat 6.37-də tam söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2125 kvadratmetr olan yarmarkanın içərisində mallar olan 1200 kvadratmetri yanıb. Yarmarkanın qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az xəbər verir ki, şəhər icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, aidiyyəti qurumlar yanğının səbəblərini araşdırırlar.
Şəhər rəhbərliyi yanğından zərər çəkən sahibkarlarla görüşüb və onların müraciətlərini dinlənib.

Sahibkarlara fəaliyyətlərini davam etdirmək üçün müvafiq kömək göstəriləcəyi bildirilib.


Teqlər:  





Xəbər lenti