Gəncə-Göygöl yolu yenidən qurulur
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, yolun eni iki dəfəyədək genişləndirilir, kənarları abadlaşdırılır, yeni səkilər salınır, işıqlandırma sistemi dəyişdirilir. Hazırda yola asfalt döşənir.
İşlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.