Sığınacaqda soyuqdan qorunmağa gələn vətəndaşlar yox idi. Bildirdilər ki, ötən gecə orada ... rayonundan gəlib, geriyə qayıda bilməyən iki nəfər vətəndaş gecələyib.
Sığınacaqda istilik sobası var idi və içəri kifayət qədər isti idi. Yatmaq üçün bir neçə rahat yataq gördüm və lazım gələrdisə onların sayını artırmaq imkanı olardı. Sığınacaqda isti çay var idi, həmçinin qalanlar üçün istu yemək də təşkil edilir. Özüm də o çaydan içdim.
Sığınacaqda vacib dərmanlar qutusu, təzyiq ölçən chaz var idi. Lazım gələrsə təcili polis və təcili yardımla da əlaqə saxlamaq üşün xətt də yaradılmışdı.
Bildirdilər ki, yaxınlıqdakıə yas mağarındankönüllü olaraq xüsusi olaraq sığnacaq üçün halva, çay və bir qədər də ərzaq gətiriblər. Sığınacaqda orda qalası insanlar üçün tam şərait yaradıldığı hiss edilirdi”.
AzVision.az