Məhkumlardan həb və telefonlar götürülüb
Bundan başqa, Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Nizami Qədimalı oğlu İbrahimovun üzərinə baxış keçirilərkən, əynində olan şalvarının cibindən daxilində "Cin" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 67.1; 68.1.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş Firdovsi Elşad oğlu Mustafayevin saxlandığı kameraya baxış keçirilərkən, kameradakı istilik borusunun arxasında düzəldilmiş gizli saxlanc yerindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Teqlər: