Yol polisindən sürücülərə yeni xəbərdarlıq
“Sürücülərə məsləhətim budur ki, xüsusilə belə hava şəraitində istismar edilən nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır. Təkərlər isə mövsümlük olmalıdır. Belə hava şəraitində enişli-yoxuşlu yollarda avtomobillərin idarə edilməsi, dayandırılması hərəkətə gətirilməsi və istismar edilməsi nəqliyyat vasitəsinin ötürmələr qutusu ilə həyata keçirilməlidir. İstər avtomatik, istərsə də mexaniki ötürmələr qutusu olan nəqliyyat vasitələrində sürücülər onların köməyi ilə avtomobilərini hərəkətə gətirməlidirlər və normal sürət həddi seçməlidirlər. Hava şəraitindən aslı olaraq sürət həddi seçilməlidir. Ara məsafələri normadan artıq olmalıdır”.
V.Əsədov soyuq hava şəraitində şaxtalı yollardan istifadə edən piyadalara da müraciət edib. O, piyadalar təyin olunan ərazilərdə hərəkət etməyə səsləyib. "Səkilərlərlə gedib-gəlsinlər.Yolların hərəkət hissəsinə çıxmaq hər an sürüşmək deməkdir”.
Polkovnik-leytenantınu valideynlər isə soyuq və şaxtalı hava şəraitində az yaşlı uşaqlarını qapalı şəraitdə nəzarət altında saxlamalı olduğunu da qeyd edib.
AzVision.az