Bərdədə törədilən dəhşətli qətlin üstü açıldı
Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan “Makarov” tipli tapançaya aid 2 ədəd güllə və 1 ədəd giliz aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.
Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1986-cı il təvəllüdlü, Bərdə şəhər sakini Xosrov Muradzadə tərəfindən qisas məqsədi ilə törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
X.Muradzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bərdə rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, X.Muradzadənin cinayətdə istifadə etdiyi odlu silahın tapılması istiqamətində tədbirlər görülür.
AzVision.az