Könüllü qanvermə aksiyaları davam edir

Könüllü qanvermə aksiyaları davam edir
  04 Fevral 2014    Oxunub:1408
Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Hematologiya və Tranfuziologiya İnstitutunun təşkilatçılığı ilə 09.01.2014 - 21.01.2014-cü il tarixilərində növbəti könüllü qanvermə aksiyaları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Kürdəmir MRX”-da 120, “19 saylı Şəhər Poliklinikası”nda 10, “3 saylı Şəhər Poliklinikası”da” - 17, “19 saylı Uşaq poliklinikası”da - 19 nəfər, “ARDNŞ marketinq və İqtisadi əməliyyatlar idarəsi ”- ndə 33, “ARDNŞ Azərneftyağ neft emalı zavodu”nda - 43, “26 saylı Şəhər poliklinikası”nda- 261, “S. Əliyev adına neft emalı zavodu”-da -43, “26 saylı Şəhər Poliklinikası”nda -13, “ARDNŞ qaz emalı zavodu”nda 49 nəfər könülü olaraq qan verib.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.


Teqlər:





Xəbər lenti