İşğal edilmiş ərazilərimizdə də zəlzələ hiss edilib
AzVision.az xəbər verir ki, bu barədə ANS PRESS ermənidilli mətbuata istinadən bildirir. Məlumata görə, zəlzələ Dağlıq Qarabağda və onun ətrafında olan rayonların hamısında hiss edilib.
Xatırladaq ki, bu gün saat 16.00 radələrində Azərbaycana zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi bir neçə dəqiqə öncə Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Xidmətdən verilən məlumata görə, zəlzələnin maqnitudası 5.80 olub. Təkanlar yerli vaxtla saat 16:06 Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb.
Teqlər: