Milli Məclisin iclasının vaxtı və gündəliyi AÇIQLANDI
A.Təvəkküloğlunun sözlərinə görə, iclasın gündəliyinə 4 məsələ təklif olunub, onlardan biri yeni qanun layihəsidir:
1.“Xəzər Dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirkənmədən mühafizəsi haqqında protokolunun təsdiq edilməsi barədə” qanun layihəsi;
2. “Azərbaycan Respublikası hökuməti və Almaniya Federatov Respublikası hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” sazişin təsdiq edilməsi barədə (2008-2012)” qanun layihəsi;
3. “Ölkədən getmək, ölkədən gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər edilməsi;
4. “Dəniz limanları haqqında” qanun layihəsi.
A.Təvəkküloğlu qeyd edib ki, “Dəniz limanları haqqında” qanun layihəsi yenidir.
Sevinc İltifatqızı