Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
  18 Fevral 2014    Oxunub:1286
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda estrada musiqisinin inkişafı və təbliği işində özünəməxsus xidmətləri olan Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2014-cü ildə Azərbaycan Respublikasının xalq artisti, tanınmış dirijor və bəstəkar Tofiq Qəzənfər oğlu Əhmədovun anadan olmasının 90 illiyi tamam olur. Tofiq Əhmədov uzun illər ərzində estrada orkestrinin bədii rəhbəri və baş dirijoru kimi səmərəli fəaliyyət göstərmiş, ölkənin müasir musiqi mədəniyyəti xəzinəsinə layiqli töhfələr vermişdir.


Teqlər:  





Xəbər lenti