ATV-dən Anar Nağılbaza daha bir qadağa

ATV-dən Anar Nağılbaza daha bir qadağa
  18 Fevral 2014    Oxunub:1310
Xəbər verdiyimiz kimi, ATV telekanalı tanınmış reper Anar Nağılbaza efir qadağası qoyub. Telekanal bu barədə rəsmi açıqlama verməsə də artıq reperin rəqqasə Oksana ilə efirə gedən reklamları da yığışdırılıb.

Bunu AzVision.az-a Anar Nağılbaz özü də təsdiq edib.

ATV-nin belə bir addım atmasının səbəbini bilmədiyini deyən reper məsələni aydınlaşdırmaq istədiyini deyib:

“Vallah mən də aydınlaşdırmaq istərdim. Deyirlər Oksana xanımla gedən reklamımızı da efirdən çıxardıblar. Ordan ötən həftə özüm də atv maqazindən çıxarıldığımın şahidi oldum”-deyə A. Nağılbaz qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti