Millət vəkilləri və nazirlər varlı olmamalıdır

Millət vəkilləri və nazirlər varlı olmamalıdır
  26 Mart 2013    Oxunub:1723
Xalqın böyük əksəriyyəti milət vəkilləri və ya hökümət üzvlərinin həddindən artıq zəngin olmalarını istəmir
Rus xalqının böyük əksəriyyəti milət vəkilləri və ya hökümət üzvlərinin həddindən artıq zəngin olmalarını istəmir. AzVision.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə adı gedən ölkənin Levada Araşdırma Mərkəzi insanlar arasında sorğu keçirib. Nəticəyə görə, xalqın yüzdə 82%-i varlıq qadağasının olmasını istəyir. Belə ki, həddindən artıq zəngin olan millət vəkilləri və ya nazirlər vəzifə almasınlar.

Araşdırmaua görə, xalqın ancaq yüzdə 13-ü idarəçilərin zəngin olmasına yaxşı baxır. O insanlara görə, zəngin insanlar rüşvət qəbul etməz və oğurluq etməzlər.

Rusiya xalqına görə, idarəçilərin yüzdə 77%-si həddindən artıq zəngindilər. Çox pulu olan insanlar isə yüzdə 53%-lə Federasiya Şurasının senatorları və Dövlət Dumasının vəkilləridir.

Zəngin idarəçilər hökümətdə ikinci yerdə olarsa, Kreml idarəsinə vəzifə alanlar üçünc yerdədir.
Araşdırma mərkəzinin direktoru Le Qudkov bildirib ki, insanların vəzifədəkilərin sərvətləri ilə bağlı şübhələrinin olduğunu bildirib.

Qeyd edək ki, Rusiya parlamenti fevralın 22-də qəbul etdiyini qanuna görə, rəsmi vəzifədə olanların ölkədən xaricdə bank hesabı açmaları qadağan olunub



Teqlər:  





Xəbər lenti