BDU-dan tələbələrin aksiya xəbərinə REAKSİYA
“Universitetdə hər hansı aksiya olmayacaq. Nazirlər Kabinetinin əmrinə əsasən, kredit sayı 30-u keçən tələbələr alt qrupda pullu təhsil alacaqlar. Amma Bakı Dövlət Universitetində belə tələbələrin sayı çox azdır. Əsasən kreditləri 30-a qədər olan tələbələrdir ki, onlar da alt qruplarda pulsuz təhsil alacaqlar”-deyə BDU rəsmisi açıqlama verib.
Qeyd edək ki, Bu gün Bakı Dövlət Universitetində kəsiri olan tələbələrin aksiya keçirəcəyi bildirilirdi.
Nihadə Eyyubova