Bakıda pullu yollar salınacaqmı?

Bakıda pullu yollar salınacaqmı?
  22 Fevral 2014    Oxunub:1526
Azərbaycanda ödənişli avtomobil yollarının yaradılması üçün ilk növbədə alternativ yolların olması lazımdır.
AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin (yolların tikintisi və yenidən qurulması) rəhbəri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, habelə ödənişli yolların yaradılması üçün hüquqi baza da olmalıdır. Ölkədə ödənişli yollar haqqında qanun qəbul edilib. Lakin sənədin yerinə yetirilməsi üzrə hazırlıq işləri hələ başa çatmayıb.
Qurbanovun sözlərinə görə, dünyada ödənişli yolların yaradılması zamanı bu prosesdə yalnız özəl kapital yaxud dövlətin qismən iştirakı yolu ilə iştirakı təcrübəsindən istifadə olunur.

Qurbanovun fikrincə, ödənişli yolların yaradılması üzrə pilot layihə kimi Bakı üçüncü dairəvi yolunun zolaqlarının sayının artırılması və genişləndirilməsi layihəsi xidmət edə bilər.


Teqlər:  





Xəbər lenti