Obamanı qadın qoruyacaq

Obamanı qadın qoruyacaq
  27 Mart 2013    Oxunub:1436
ABŞ tarixində ilk dəfə ölkənin Məxfi Xidmətinə rəhbərlik qadına tapşırılıb.
Prezident Barak Obama Culia Pirsonu məxfi xidmətə rəhbər təyin edib. Ağ Evin kuluarlarında bu təyinatı son vaxtlar nüfuzu zədələnən məxfi xidmətin reytinqini artırmaq məqsədi ilə izah edirlər. Barak Obama 53 yaşlı Pirsonun 30 illik karyerasından bəhs edərək bildirib ki, “o, Məxfi Xidmətə bütün ömrünü həsr edib və hər kəs üçün canlı örnəkdir”.

Qeyd edək ki, 3500 nəfərlik heyətə rəhbərlik edəcək Culia Pirsonun əsas vəzifəsi ABŞ prezidentini, onun ailəsini, eləcə də yüksək vəzifəli Amerikalılarla yanaşı, ölkəyə gələn xarici liderləri də qorumaq olacaq.


Teqlər:  





Xəbər lenti