Pezeşkian İranın 9-cu prezidenti seçilib

 Pezeşkian İranın 9-cu prezidenti seçilib
  06 İyul 2024    Oxunub:1420
İranda növbədənkənar prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb.
İranın Seçki Qərargahının rəsmi nümayəndəsi Möhsün Eslami məlumat verib ki, ikinci turda ümumilikdə 30,530 milyon seçici iştirak edib.

Onun sözlərinə görə, islahatçı keçmiş səhiyyə naziri Məsud Pezeşkian 16,384 milyon (53,6 faiz), İran liderinin ölkənin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili isə 13,538 milyon (44,3 faiz) səs toplayıb. Bununla da, Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib.


AzVision.az


Teqlər:





Xəbər lenti