Dünya Məktəblilərinin İdman Oyunlarının 2026-2028-ci illərdə Bakıda keçirilməsi müzakirə edilib
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka və icraçı direktoru Həsni Əl Əyubi ilə görüşüb
Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka federasiya tərəfindən beynəlxalq səviyyədə idman yarışlarının təşkili, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qonaq Elm və Təhsil Nazirliyi ilə uzunmüddətli tərəfdaşlıqda maraqlı olduqlarını dilə gətirib.
Görüşdə Beynəlxalq Məktəb İdmanı Federasiyası tərəfindən mütəmadi təşkil edilən Dünya Məktəblilərinin İdman Oyunlarının 2026-2028-ci illərdə Bakıda keçirilməsi də müzakirə edilib.
AzVision.az
Teqlər: