Ərdoğan: “Qərb müharibə, Putin isə sülh istəyir”

   Ərdoğan:    “Qərb müharibə, Putin isə sülh istəyir”
  05 İyul 2024    Oxunub:1042
Ankara “Ukraynada sülh üçün zəmin yaradılmasına” töhfə verməyə hazırdır.
AzVision.az xəbər verir ki, Astanaya səfərdən qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putinin sülh barədə bəyanatları qarşlığında Qərbdə bəzi ölkələri III Dünya Müharibəsinə yol açdığını söyləyib.

Ərdoğan bildirib ki, Ankara-Dəməşq münasibətlərin normallaşması və ümumilikdə Suriya probleminin nizamlanması ilə bağlı müzakirələr aparmaq üçün Rusiya və Suriya prezidentləri Vladimir Putini və Bəşər Əsədi Türkiyəyə dəvət etmək variantını nəzərdən keçirir.

“Suriya ilə yeni bir normallaşma prosesinə başlaya bilərik. Biz cənab Putin və Bəşər Əsədi dəvət edə bilərik. Əgər cənab Putin Türkiyəyə səfər edə bilsə, bu, yeni prosesin başlanğıcı ola bilər. Ötən illər göstərdi ki, Suriya üçün daimi nizamlanma mexanizmi yaratmaq lazımdır. İnfrastrukturu məhv edilmuş və əhalisi səpələnmiş Suriyanın ayağa qalxması, orada qeyri-sabitliyə son qoyulması çox vacibdir”, - Türkiyənin prezidenti deyib.

O, hazırkı mərhələdə regiondakı qeyri-sabitliyin terror təşkilatlarına, xüsusən də Kürdüstan Fəhlə Partiyasına (PKK) və onun Suriya qolularına manevr imkanı yaratmasının ciddi problem olduğuna diqqət çəkib.

“Suriyanın gələcəyini qurmaq üçün bu terror qruplarını birgə əməkdaşlıq çərçivəsində və istisnasız olaraq məhv etmək vacibdir. Suriyada demokratik bazanın yaradılması, əhatəli və ləyaqətli sülhün təmin edilməsi, onun ərazi bütövlüyünə əsaslanan yanaşmaların həyata keçirilməsi vacibdir”, - Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Türkiyə prezident ölkəsinin Suriyaya kömək əlini uzatmağa və onu dəstəkləməyə həmişə hazır olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ərdoğan   Rusiya   Qərb  





Xəbər lenti