Ukraynada həlak olanlar Bakıda anıldı
Ukraynadakı hadisələrdə həlak olanların ruhuna dualar oxunub, ayinlər həyata keçirilib. Anım mərasimində Ukrayna vətəndaşları və bu ölkənin Azərbaycandakı səfiri də iştirak edib.
Qeyd edək ki, Maydandakı hadisələrdə 82 nəfər ölüb, 603 nəfər insan isə müxtəlif bədən xəsarətləri alıb.