Anar Məmmədov aksiya keçirdi - FOTOLAR

Anar Məmmədov aksiya keçirdi - FOTOLAR
  26 Fevral 2014    Oxunub:1287
Azərbaycanlı iş adamı, ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Alyansının rəhbəri Anar Məmmədovun təşəbbüsü ilə Amerikada Xocalı soyqırımının tanıtım aksiyasını keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə A.Məmmədov özü məlumat verib. Bildirib ki, bir neçə gün ərzində ABŞ-ın Nyu-York şəhərinin hər gün 100 mindən çox insanın baş çəkdiyi məşhur Tayms Meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü nümayiş olundu.

“Ötən ildən fərqli olaraq, bu il Tayms Meydanında bir deyil, iki böyük monitor hər iki 2 dəqiqədən bir 30 saniyə davam edən görüntünü sərgilədi. Ümumilikdə, 6 saat ərzində iki mərkəzi monitor insanları 22 il öncə Azərbaycanda, Xocalıda baş verən dəhşətlərdən xəbərdar etdi”.

Bundan başqa, Nyu-York metro stansiyalarına Xocalı soyqırımından bəhs edən posterlər yerləşdirilib.

Stansiyalarının sayına görə dünyanın ən iri metropoliteni olan Nyu York metrosunun 34 stansiyasında bərkidilən posterlər bu nəqliyyat vasitəsindən istifadə edən insanları da Xocalı qətliamından xəbərdar edib.

Kampaniyanın daha bir istiqaməti mobil proyeksiya vasitəsilə Nyu-Yorkun mərkəzi küçələrində yerləşən binalar üzərində əks olunan qrafik görüntüdən ibarət idi. Аxşam və gecə saatlarında insanların sıx toplaşdığı yerlərdən keçən, üzərinə xüsusi qurğu bərkidilmiş nəqliyyat vasitəsi Xocalı faciəsinin həqiqətlərini daş tikililər üzərində işıqlandıraraq bir daha diqqəti Azərbaycan tarixinin ən dəhşətli səhifəsinə yönəldilmişdir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti