"Sovetski" sakinləri söküntüyə razılıq verir
E. Bağırov qeyd edib ki, mürciət edənlərin arasında əvvəldən pulunu alıb getmək istəyən insanların sayı da artıb: “İnsanlar var ki, köçürülmələri üçün illərlə gözləyiblər. Bəzi insanlar da var ki, fikirləşirdilər ki, bəlkə evləri sökülmədi. Ona görə onlar gözləmə mövqeyi tuturdular.Sökülmənin gedəcəyi ilə bağlı açıqlamadan sonra insanlar çoxsaylı müraciətlər etməyə başladılar. Ötən gün 50-dən çox Sovetiski sakini evlərinin sökülməsinə razılıq vermələri ilə müraciətlər ediblər. Ayn 4-ü açıqladığımız müraciətlərin 30-u tam formada ödənişə hazır olanlardır. Müraciət edənlərin içində eləri var ki, onların sənədləri tamamlanmayıb”.
Memar bildirib ki, ərazinin sökülməsi alqı-satqı qaydasında aparılır.
O qeyd edib ki, bu qaydaya görə vətəndaşın razlığı əsasında alqı-satqı əməliyyatı həyata keçirilir: “Müraciətə görə kimlər evlərinin sökülməsinə razıdırsa biz onlarla alqı-satqı müqaviləsi bağlayırıq və protokol imzalayırıq. Əməliyyatlar bütün aidiyyatı sənədlərin toplanması yolu ilə aparılır. Narazı olanlarla alqı-satqı aparılmır”.
Teqlər: