Aİ “müşahidəçilər"inin Ermənistanda fəaliyyətinin müddəti uzadılıb

  Aİ “müşahidəçilər"inin Ermənistanda fəaliyyətinin müddəti uzadılıb
  29 Yanvar 2025    Oxunub:812
Avropa İttifaqının Ermənistandakı "müşahidəçilər"inin bu ölkədə fəaliyyətinin müddəti 2027-ci il fevralın 19-dək uzadılıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı qərarı Avropa İttifaqının Brüsseldəki səfirləri qəbul edib.

Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 xarici və 44 erməni əməkdaş.

Bu qərar Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti