Quterreş: "Minlərlə uşaq müalicə üçün dərhal Qəzzadan çıxarılmalıdır"
Həkimlərdən biri, keçən il martın 25-dən aprelin 8-dək Qəzzada fəaliyyət göstərmiş kaliforniyalı travma cərrahı Firuz Sidva jurnalistlərə açıqlamasında diqqətə çatdırıb ki, sözügedən uşaqların müalicə prosesi, əslində, çox sadədir, "sadəcə lazımi şəraitə ehtiyac var".
"Məsələn, üç yaşlı bir uşaq qolundan yanıq xəsarəti alıb. Yanıq sağalsa da, yaranın yeri normal qan axınına maneə törədir. Uşaq amputasiya riski qarşısında qalıb. Biz həkimlər mərkəzləşdirilmiş tibbi evakuasiyanın tərəfdarıyıq", - Sidva söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Qəzzada müharibənin başladığı 2023-cü ilin oktyabrından atəşkəs sazişi qüvvəyə minənədək (19 yanvar 2025) 5383 xəstə bu təşkilatın dəstəyi ilə evakuasiya olunub.
Firudin Həmidli
AzVision.az
Teqlər: Qəzza uşaqlar müalicə BMT ÜST