Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
  21 Avqust 2021    Oxunub:2500
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarında dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarını imzalayıb. Qərara əsasən, Təhsil Nazirliyinin kollegiyasının tərkibi 7 nəfərdən 9-a qaldırılıb. “Kollegiyanın üzvləri” bölməsində “Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini” sözləri “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru” sözləri ilə əvəz edilib və həmin sözlərdən sonra “Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru”, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri” sözləri əlavə edilib.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti