“Sony”dən fantastik layihə: 30 ilə Nobel mükafatı alacaq Süni İntellekt yaradılır

      “Sony”dən fantastik layihə:    30 ilə Nobel mükafatı alacaq    Süni İntellekt    yaradılır
  01 Sentyabr 2021    Oxunub:2938
“Sony” şirkəti Nobel mükafatı alacaq Süni İntellektin yaradılması üçün işlərə başlayıb. Şirkətin Kompüter Elmləri Laboratoriyasının (Sony Computer Science Laboratories) rəhbəri Hiroaki Kitano bildirib ki, bunun üçün 30 il vaxt tələb olunur.
Azvision.az "endgadget"ə istinadla xəbər verir ki, dövrün ən parlaq alimlərini qabaqlayacaq Süni İntellektin yaradılması layihəsi “Nobel Turing Challenge” adlanır. Hədəf bu layihə çərçivəsində yaradılacaq robotun 2050-ci ildə Nobel mükafatı almasıdır.


Kitanonun sözlərinə görə, onların yaradacaqları süni intellekt elmdə böyük kəşflər və yeniliklər edəcək. “Biz insan beynində gedən fikirləşmə mexanizmlərini imitasiya etməyəcəyik. Məqsəd elmi kəşflərin formulunu dəyişmək və alternativ formasını yaratmaqdır”,- o əlavə edib.

“Nobel Turing Challenge” çərçivəsində yaradılacaq maşın müstəqil şəkildə elmi araşdırmalar apara biləcək. O, mümkün qədər çox elmi fərziyyələr irəli sürəcək.

Samir Quliyev
Azvision.az


Teqlər: Süni-İntellekt  





Xəbər lenti