Azərbaycan cüdo yığması `Qran-pri`yə yollanır

Azərbaycan cüdo yığması `Qran-pri`yə yollanır
  20 Mart 2014    Oxunub:1277
Martın 21-də Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə "Qran-pri" turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Komandamızın yeni baş məşqçisi Hacıağa Hacıəhmədov qonşu ölkəyə geniş heyətlə yollanacaq. AzVision.az.az Milli.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ilk sınağında Vüqar Şirinli, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov, Orxan Dünyamalıyev (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 81 kq), Sain Məmmədov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Vaxtanqi Batıyev (+ 100), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynovaya (63 kq) güvənəcək.

Qeyd edək ki, yarışda 25 ölkədən 207 cüdoçu mübarizə aparacaq.



Teqlər:





Xəbər lenti