YouTube bağlandı
“Aprelin 2-də gecə yarısı YouTube portalı fəaliyyətini dayandıracaq. Bu, indiyədək yerləşdirilmiş ən yaxşı videonun müəllifini müəyyənləşdirməsi üçündür” – deyə şirkətdən bildirilib.
Qeyd olunub ki, qalibə 500 min dollar mükafat və “mp3 player” veriləcək.
Əslində isə Google şirkəti istifadəçiləri ilə zarafat edib və onlara YouTube portalının 2023-cü ilədək bağlanması ilə bağlı xəbərdarlıq ünvanlayıb.
Bununla yanaşı başqa, Googde istifadəçiləri sevdikləri videolara tez bir zamanda baxmağa çağırıb. Çünki, bütün videolar silinəcək.
Sonda məlum olub ki, şirkət istifadəçiləri ilə 1 aprel zarafatı edibmiş.
AzVision.az