Koronavirus beynimizi məhv edirmiş

Koronavirus beynimizi məhv edirmiş
  09 Noyabr 2021    Oxunub:2885
Koronavirus infeksiyası beyində xeyli mənfi fəsadlar buraxır. Belə qənaətə ABŞ və İtaliyadan olan 16 tədqiqatçı gəlib.
AzVision.az xəbər verir ki, onlar yarısı ağır nevroloji ağırlaşmalardan əziyyət çəkən 120 xəstənin beyninin kompüter tomoqrafiyasını tədqiq ediblər. Alimlərin fikrincə, xəstələrin vacib orqanında olan boz maddənin həcmi frontal və temporal loblar arasındakı sahədə yuxarı, orta və orta frontal korteksdə azalıb. Tədqiqatın nəticələri "Neurobiology of Stress" adlı ixtisaslaşdırılmış jurnalda dərc edilib.

Alimlər qeyd edirlər ki, Covid-19 nə qədər ağır şəkildə irəliləsə, itkilər bir o qədər çox olar. Xüsusilə ciddi ağciyər problemi olan xəstələrdə bu özünü daha çox göstərəcək. Xəstəliyin gedişində yüksək temperaturdan əziyyət çəkənlərdə isə boz maddə daha çox azalır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Koronavirus   Beyin  





Xəbər lenti