İlin ən parlaq kometası dekabrın 12-də Yerə yaxınlaşacaq

İlin ən parlaq kometası dekabrın 12-də Yerə yaxınlaşacaq
  02 Dekabr 2021    Oxunub:1052
Yer kürəsinin yaxınlığından ilin ən parlaq kometa sayılan "Leonard" kometası keçəcək. Kometa dekabrın 12-də Yerə minimum məsafədə yaxınlaşacaq ki, onu planetimizdən adi gözlə müşahidə etmək mümkün olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Moskva Planetariumunun saytı məlumat yayıb.

"2021-ci il dekabrın 12-də kometa planetimizdən 35 milyon kilometr uzaqlıqdan keçəcək. Bu zaman onu adi gözlə görmək mümkün olacaq",-məlumatda deyilir.

Qeyd edilir ki, "Leonard"ı axşam- alaqaranlıqda, gün batandan dərhal sonra və səhər saat 5:00-dan 6:00-a kimi günəş çıxana qədər müşahidə etmək mümkün olacaq.

Xatırladaq ki, "C / 2021 A1" kometası (Leonard) bu ilin yanvar ayının 3-də ABŞ astronomu Qreqori Leonard tərəfindən kəşf edilmişdi. O, kosmosda təxminən 70 km/s sürətlə hərəkət edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kometa  





Xəbər lenti