Vaksinasiyaya saxta qolla gəldi

Vaksinasiyaya    saxta qolla    gəldi
  04 Dekabr 2021    Oxunub:2239
İtaliyada peyvəndlənmə ilə bağlı maraqlı hadisə baş verib. 50 yaşlı kişi özünə silikon qol taxaraq COVID-19 əleyhinə peyvənd vurdurmaq istəyib.
AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, onun barəsində prokurorluğa şikayət edilib.
Pyemont bölgəsində baş verən bu maraqlı hadisə zamanı tibb bacısı iynə vurduğu vətəndaşın qolundan şübhələnib. O yaşlı adamın onu aldatmağa çalışdığını anlayıb. Tibb bacısı deyib ki, peyvənd vurduran italyanın qol dərisi onun üzündən daha çox parlaq görünürmüş.

- Tibb işçisinin əvvəlcə bu adama yazığı gəlib ki, yəqin qolunda hansısa protez var. Amma sonradan fırıldaqçı italyan peyvənd olunmamaq üçün qəsdən saxta əllə gəldiyini etiraf edib, - məqalədə yazılıb.

CNN yazıb ki, yerli hakimiyyət orqanları vətəndaşı yalnız şifahi şəkildə qınamayıbar, Biella bələdiyyəsinin səhiyyə şöbəsi prokurorluqdan hadisə ilə bağlı araşdırma aparmağı xahiş edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İtaliya   Vaksin  





Xəbər lenti