İtən “Boinq”in sirri açılmır

İtən “Boinq”in sirri açılmır
  03 Aprel 2014    Oxunub:1112
Malayziya rəsmiləri hələ də Malaziya 370 avialaynerinin yoxa çıxmasının səbəbini izah edə bilmirlər
Təhqiqatçıların təyyarədə olan sərnişin və ekipaj üzvlərinin oğurluq, təxribat, şəxsi və ya psixoloji problemləri ehtimalı üzərində işləməyi davam etdirdiklərini deyib.

Xatırladaq ki, “Boinq 777” təyyarəsi martın 8-də 239 sərnişinlə Kuala Lampurdan Pekinə uçan zaman yoxa çıxıb. Hind okeanında qalıqların beynəlxalq səviyyədə axtarışı və Malayziya polisinin cinayətlə əlaqədar təhqiqatları hələki heç bir nəticə verməyib.

Avstraliyanın baş naziri Toni Abbott ölkəsinin laynerin tapılması üçün böyük səylər göstərdiklərini deyib. Malayziya rəsmiləri təyyarənin Avstraliyanın şimal-qərb sahili yaxınlığında qəzaya uğramasından əvvəl kiminsə bilərəkdən laynerin istiqamətini dəyişdirdiyinə inandıqlarını deyib. Laynerin qalıqlarının axtarışları davam edir. Axtarış əməliyyatlarında on təyyarə və doqquz gəmi iştirak edir.

Britaniyanın Kral Dəniz Donanmasına məxsus nüvə sualtı qayığının köməyi ilə axtarışlar suyun altında da aparılmağa başlayıb. Bu missiyaya qoşulan ilk sualtı qayıqdır. Laynerin adətən cəmi 30 gün siqnal göndərə bilən qara qutusunun batareyasının müddəti sona çatmaq üzrədir. Bu isə qara qutunun tapılmasını qeyri-mümkün edə bilər./ANS/


Teqlər:  





Xəbər lenti