Vitkof: "Putin qol qoymasa, sülh sazişi mümkün deyil"

      Vitkof:    "Putin qol qoymasa, sülh sazişi mümkün deyil"
  13 May 2025    Oxunub:611
"Rusiya Prezidenti Vladimir Putin razılıq verməsə, Ukraynada müharibəsində sülh sazişi imzalana bilməz".
Bu sözləri ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof "Breitbart News" xəbər saytına müsahibəsində dilə gətirib. O söyləyib ki, Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenskinin şəxsən görüşüb danışacağı sülh sammiti tezliklə baş tuta bilər.

Vitkof diqqətə çatdırıb ki, rəsmi Vaşinqton Moskva və Kiyevlə yanaşı həm də Britaniya, Fransa, Almaniya və İtaliyanın milli təhlükəsizlik müşavirləri ilə məsələ üzrə müzakirələr aparıb.

"Hamı ilə danışmalı, bu münaqişədə hər hansı maraqlı tərəf varsa, onlarla söhbətləşməliyik. Onların düşündüklərini başqasının yox, öz dillərindən eşitməliyik", - o deyib.
Almaniya Rusiyanı sanksiyalarla hədələyir

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin liderləri ötən həftəsonu Kiyevdə səfər əsnasında Moskva qarşısında atəşkəs təklifi ilə razılaşmaq tələbi qoyublar. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin mayın 10-da İkinci Dünya müharibəsində qələbənin 80 illiyi üzrə tədbirlərinin yekununda jurnalistlərə açıqlamasında rəsmi Kiyevə müraciətlə İstanbulda ilkin şərt qoyulmadan birbaşa danışıqlar təklifi irəli sürüb. O diqqətə çatdırıb ki, Türkiyə də bu danışıqların təşkilinə hazırdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Ukrayna   sülh   danışıqlar  





Xəbər lenti