Misir Mərdanov: `Nurçular məndən qabaq gəlib`

Misir Mərdanov: `Nurçular məndən qabaq gəlib`
  04 Aprel 2014    Oxunub:1401
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov “nurçuların” Azərbaycan təhsilinə ayaq açması məsələsinə münasibət bildirib.
Sabiq nazir M.Mərdanov Publika.Az-a açıqlamasında deyib: “Mənim adımın “nurçuların” Azərbaycan təhsilinə daxil olması məsələsində hallandırılması doğru deyil. Eybi yox, qoyun adımı hallandırsınlar, sübutları olsa nəsə deyərlər. Mən bunlara fikir vermirəm. Mən bildiyimə görə onlar Azərbaycana 1991-ci ildən gəlməyə başlayıblar. Mən isə 1998-ci ildən təhsil naziri olmuşam. Odur ki, onların bura gəlməsinin mənimlə heç bir əlaqəsi yoxdur”.


Teqlər:





Xəbər lenti