"Facebook"da TƏHLÜKƏ: - Bunlardan ehtiyatlı olun

   "Facebook"da TƏHLÜKƏ: -    Bunlardan ehtiyatlı olun
  04 Avqust 2022    Oxunub:1709
McAfee şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Facebook-da Android üçün nəzərdə tutulmuş zərərli reklam tətbiqlərinin (adware) aktual olan reklam kampaniyalarını aşkar ediblər.
Nəticədə mütəxəssislər istifadəçilər tərəfindən ümumilikdə 7 milyon dəfə yüklənmiş zərərli tətbiqləri aşkar ediblər.

Aşkar edilmiş zərərli tətbiqlər Facebook daxilindəki reklam elanlarında cihazların performanslarının optimizasiyası, casus və reklam xarakterli tətbiqlərin silinmələri üçün nəzərdə tutulmuş adi tətbiqlər kimi qələmə verilib.

Lakin əslində həmin tətbiqlər smartfona quraşdırılandan sonra istifadəçiyə reklam elanlarını təqdim edirlər və istifadəçinin cihazında mümkün qədər uzun müddət ərzində qalmaq üçün müxtəlif tətbiqlərin adları və ikonları kimi maskalanırlar. Bəzi hallarda bu cür zərərli tətbiqlər həmçinin Google Play Store kimi də maskalanırlar. İstifadəçiyə reklam elanlarının təqdim edilməsi üçün aşkar edilmiş tətbiqlər Android Contact Provider adlı sistem komponentindən istifadə edirlər. Reklamların göstərilməsi prosesi cihaza hər yeni tətbiqin quraşdırılması zamanı baş verir və bu halda istifadəçi bunun səbəbinin quraşdırılan yeni tətbiqdə görür. Reklam elanlarının sərgilənməsi ilə məşğul olan zərərli tətbiqlərin siyahısı aşağıdakı kimidir.

Siyahıda olan bütün tətbiqlər artıq Google Play-dən siliniblər. (lent.az)


Teqlər:





Xəbər lenti