Altı il həkim qəbuluna düşə bilmədi: 13 dişini özü çıxardı

   Altı il həkim qəbuluna düşə bilmədi:    13 dişini özü çıxardı
  12 Avqust 2022    Oxunub:2086
Böyük Britaniyada uzun illər ərzində daim iltihablanan ciddi diş əti xəstəliyindən əziyyət çəkən qadın 13 dişini özü çəkib.
Bu barədə “Daily Mail” yazıb. Qeyd olunub ki, 42 yaşlı Daniel Uots altı ildən artıqdır ki, dövlət klinikalarından birində diş həkimi qəbuluna getməyə çalışsa da, bütün bu müddət ərzində heç bir həkim onu qəbul etməyib.

Qadın dörd fərqli şəhərdəki klinikalara getsə də, onlar yeni xəstə qəbul etməkdən imtina ediblər. Dişlər çürüməyə başlayanda britaniyalı qadın onları özü çıxarmaqdan başqa çarəsi qalmayıb. Nəticədə o, 13 dişini əlləri ilə çıxarıb.

AzVision.az



Teqlər:





Xəbər lenti